Hazırda 38 dərəcə isti var - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Hazırda 38 dərəcə isti var - Faktiki hava

Sosial

05 İyul 2024 14:34 640


Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur. Bu gün havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33-38, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edir. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. 

O qeyd edib ki, isti hava şəraitinin iyulun 6-da da davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.  pizza mizza

“İyulun 6-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şərai fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil”, - o deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!