Həbs olunan icra başçısı park ərazisini 1,3 milyona şirkətə satıb

saytların hazırlanması

Evə çatdırılma

Həbs olunan icra başçısı park ərazisini 1,3 milyona şirkətə satıb

Kriminal

28 Aprel 2021 18:08 1067


Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun adı hallanan korrupsiya əməllərindən biri məlum olub.

Yenisabah.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Məmmədov bir müddət öncə Şəmkirin mərkəzində yerləşən böyük parkın ərazisini tikinti şirkətinə satıb.

Şirkətin sahibi istintaqa ifadəsində deyib ki, bu yer üçün Alimpaşa Məmmədova bir dəfə 1 milyon manat, növbəti dəfə isə 300 min manat pul verib. Hazırda həmin ərazidə hürdürmərtəbəli binanın tikintisi aparılır, tikinti yekunlaşdırılmayıb. pizza hut

Bundan başqa, A.Məmmədovun büdcədən ayrılan pulları da müxtəlif yollarla mənimsədiyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!