Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədov vaxtından əvvəl azadlığa çıxmaqla bağlı məhkəməyə müraciət edib.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, o, müraciətində cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilməsini xahiş edib. Lakin məhkəmə onun müraciətini təmin etməyib.
Q. Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub. Dominos pizza
O, ürəyində yaranan problemdən əziyyət çəkir, həbsdə olduğu müddətdə 3 dəfə əməliyyat olunub.
Telegram kanalımız