Həbsdəki icra başçısının kadrı işdən çıxarıldı – Fəaliyyəti araşdırılıb...

saytların hazırlanması

Evə çatdırılma

Həbsdəki icra başçısının kadrı işdən çıxarıldı – Fəaliyyəti araşdırılıb...

Rəsmi

16 Sentyabr 2020 17:45 1136


Goranboy rayon İcra Hakimiyyətinin Sənədlərlə iş şöbəsinin müdiri Sayad Quliyev tutduğu vəzifədən uzaqlaşdırılıb.

Rayondakı mənbələrdən “AzPolitika.info”-ya verilən məlumata görə, keçmiş şöbə müdirinin adı bir sıra qanunsuzluqlarda hallanıb. Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin həbsindən sonra onun da fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb.

Xatırladaq ki, N. Quliyev ötən il oktyabr ayının 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafada keçirdiyi əməliyyat zamanı həbs edilib. O, bundan əvvəl 10 il Goranboy rayonuna rəhbərlik edib. Dördpendirli pizza

Mənbə bildirib ki, Sayad Quliyev N. Quliyevin vəzifəyə təyin etdiyi kadrlardan biri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!