“Heç bir quruma nə yazılı, nə şifahi müraciət etməmişəm, etməyəcəm də...” –   Xudayarın anası 

saytların hazırlanması

Evə çatdırılma

“Heç bir quruma nə yazılı, nə şifahi müraciət etməmişəm, etməyəcəm də...” – Xudayarın anası 

Sosial

15 İyul 2022 19:30 25774


Bu gün şəhid Xudayar Yusifzadənin doğum günüdür. 

Qəhrəmanın anası Radə Qurbanova “Yeni Sabah”a açıqlamasında yaxınların, dostların bu gün Xudayarı anmaq üçün onların evinə toplaşdığını qeyd etdi. Söhbət zamanı o, şəhid ailələrinin sosial problemləri ilə bağlı məsələyə də toxundu:

“Mən şəxsim və ailəm olaraq indiyədək heç bir quruma şikayət, məktub ünvanlayıb heç nə istəmədiyim üçün hər hansı qurumdan razılığımı və ya narazılığımı bildirə bilmərəm. Lakin, digər şəhid ailələri və qazilərin problemlərini dilə gətirərək onu deyə bilərəm ki, hansısa qazi, şəhid ailəsi haqsızlıqla üzləşirsə təbii ki, hansısa məmur, qurum günahkardır. Özümə qalanda isə, hara müraciət etdim ki, yox dedilər? Heç bir quruma nə yazılı nə şifahi müraciət etməmişəm, etməyəcəm də.  Dominos pizza

Əgər hər hansı quruma müraciət eləsəm təbii ki, yerinə yetirərlər. Amma biz şəhid ailələri tək özümüzü düşünməli deyilik, dövlətimizi də qorumalıyıq, millətimizi də qorumalıyıq və bütün şəhid ailələri olaraq qoruyuruq. 

Sadəcə olaraq elə məmurlar var ki, onlar öhdələrinə düşən vəzifələri yerinə yetirmirlər. Bu ölkədə niyə qazi haqsızlığa görə özünə nəsə etməlidir? Cəmi 3000 şəhid, 15.000 qazi ailəsi var. 10 milyonluq xalq özləri öz aralarında onların problemlərini həll edə bilər. Ölkəmizin qeyrətli oğlanları da, imkanlı oğlanları da çoxdu. Bu problemləri özümüz elə həll edə bilərik ki, heç bir qazi heç kimdən şikayət etmək məcburiyyətində qalmaz. Alternativ olaraq indiki halda məmurlar onları dəvət edib dinləməlidirlər, çünki onların sinir sistemləri yerində deyil, ağır döyüşlərdən çıxıblar. Bunu onlar başa düşməlidir“.

Radə Qurbanova bir daha diqqətə çatdırıb ki, hər hansı qurumdan narazılığı, etirazı yoxdur:

“Mən hər hansı qurumdan nəsə istəməyə, tələb etməyə ehtiyac hiss etmirəm. Mənim oğlum sərhəd qoşunlarında olub, hazırda sərhəddə o qədər görüləsi işləri var ki... 

Sərhədlər bərpa olunmalıdır, düşmənlə sərhədlərimiz qaydasına salınmalıdır. Dəqiqəbaşı onları narahat edə bilmərəm. Haqqımızdır, doğrudur amma biz onları başa düşməliyik. Hər birimiz qayda-qanunla vaxtı vaxtında müraciət eləsək, dövlət orqanlarının da borcudur ki, yerinə yetirsinlər. Ölkə başçısı, möhtərəm prezidentin də dediyi kimi “məmurlar öz işlərini düzgün şəkildə görməlidirlər, onlar xalqın xidmətçisidir.”

Şəhid anası Xudayarın doğum günündə evlərinin ziyarət edilməməsindən şikayət edib:

“Bilirsiz, mən övladımı itirmişəm amma görməmişəm onun necə şəhid olduğunu. Lakin onun yanında olan qazi mənim oğlumun necə şəhid olduğunu görüb. Mən dərdimi unuda bilmirəm, o isə gözü ilə gördüklərini heç vaxt unutmayacaq. 

Bu gün Xudayarın ad günü idi, heç bir dövlət kanalını dəvət etməmişəm nə çəkilişə nə qonaq olaraq. Siz bilirsiz ki, bu gün şəhidimizin ad günüdür, siz özünüz gəlməlisiniz qapımıza. Məsələn, ATV kanalını mən niyə çağırmalıyam? İTV-ni niyə çağırmalıyam? Yəni, misal olaraq adlarını çəkirəm, mən heç birini dəvət eləmirəm. Nəinki mən, digər şəhidlərin doğum günündə də özləri gəlməlidir. 

Bu gün məsələn, aprel döyüşçüsü Emin Bağırovun, Xudayarln doğum günü idi. Bir neçə kanal var, aralarında bölüşdürüb gəlib reportaj hazırlamalıdırlar. Yoxdu bəyəm yaşadığımız rayonlara ezam olunan müxbirləri? Çox yox, cəmi 3 dəqiqəlik efir ayıra bilərdilər bu gün Xudayara və ya Eminə. 

Generalımız, qəhrəmanımız Polad Həşimovun da şəhadətinin 2 ili tamam oldu dünən, gedib ailəsinin qapısını döyüb çəkiliş apara bilərsizsə niyə eləmirsiz? Niyə mən ya digər şəhid ailəsi hansısa çəkiliş kanalını niyə dəvət etməliyik? Bu dəqiqə mənim yanımda onlarla şəhid anası var sizinlə danışa-danışa dinləyirlər. Bizdəyik, özləri sayıb gəliblər ziyarətə, hansını çağırmışam? 

Onlar bilirlər ki, bu gün Xudayarımın doğum günüdür, burdadılar, hərəsi də bir yerdən gəlib. Onların uşaqlarının ad günündə də mən özümü onlara çatdırıram. Bu gün xalqımın nümayəndələri, şəhid anaları yanımdadı o mənə yetərlidir. Bu gün həmçinin Xudayarın xidmət etdiyi Dövlər Sərhəd Xidmətinin yüksək rütbəli şəxsləri gəlmişdilər evimizə ziyarətə, onları ki mən çağırmamışdım. Mən onlara təşəkkür edirəm... Vəssalam! Unutmayın, mənim oğlum 2 il öncə 22 yaşında şəhid olub, o heç vaxt 23 yaşına keçməyəcək, hər il 22 yaşında olacaq çünki ömrünün 22-dən sonrakı yaşlarını vətən üçün fəda edib. Allah bütün şəhidlərimizin şəhadətini mübarək eləsin.”

Nurlan Cəfəri


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!