“Belə bir qəza müharibə dövründə olsaydı...“   Kənan MM-dən ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Belə bir qəza müharibə dövründə olsaydı...“ Kənan MM-dən ETİRAZ

Şou

01 Dekabr 2021 17:03 5542


Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) "Mi-17" tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə 14 hərbi qulluqçunun həlak olan ölkəyə böyük şok yaşadıb.

Qəzadan dərhal sonra hər kəs rəy bildirməyə can atıb. Hərbi biliyi olmayan, hətta hərbi xidmətə belə çağırılmayan şəxslər müxtəlif fikirlər bildirərək cəmiyyətdə çaşqınlıq yaradıblar.

"Onlar düşünmürlər ki, yazılanları şəhidlərin yaxınları, ailələri görər, saxta xəbərdən üzülər, yaxud yazılanlara inana bilər". pizza hut

Bunu mövzu ilə bağlı Yenisabah.az-a danışan rejissor Kənan Mahmudov (Kənan MM) bildirib.

O, bəzi sosial şəbəkə istifadəçilərinin hazırlıqsız rəy yazmasını qınayıb:

“Hadisədən qısa müddət keçsə də, hər kəsin mövzu barədə fikir yürütməsi, əlbəttə, düzgün deyil. Bəziləri absurd fikirlər səsləndiriblər. Heç bir dövlət öz pulundan, zamanından keçib rütbəli şəxsləri qəsddən ölümə göndərməz. Bunun əksini söyləmək məntiqsiz mülahizədir.

Baş verən hadisənin təsadüf, ya da texniki nasazlıq olduğuna inanır və yaxud inanmaq istəyirəm. Çünki monitor arxasında oturub rəy yazmaq asandır. Amma bəzi şəxslər düşünmürlər ki, yazılanları şəhidlərin yaxınları, ailələri görər, saxta xəbərlərdən üzülər, yaxud yazılanlara inana bilər. Ola bilsin ki, şahid yaxınlarından kimsə rəsmi izahdan şübhəyə düşsün, ömür boyu bu travma ilə yaşasın. Halbuki həddimizə, boynumuza düşən şəhidlərə rəhmət, ailəsinə, yaxınlarına səbr diləməkdən başqa bir şey deyil.

Uzun sözün qısası, heç kim kimisə qəsdən ölümə göndərməz!”

Rejissor əlavə edib:

“Belə bir qəza müharibə dövründə olsaydı, yaxud Qarabağda baş versəydi, hadisəyə şübhə ilə yanaşanlara haradasa haqq vermək olardı. Lakin qəza elə bir yerdə olub ki, ora sərhəd, yaxud "isti bölgə" deyil. Ona görə də, sosial şəbəkələrdə bu tip rəy bildirənlərə inanmıram, bu fikirlərə məntiqsiz yanaşıram”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Kənan MM in hərbi və ya savadı var? Hərə bir rəy bildirdi dedikdə ele Kənan özüdə hereden biridi. Dövlət tərəfindən açıqlama verilib vessalamda.Kim geldi neyi xirdalayirki. Rejissordan ged olmayan işinlə mesqul ol
    4 years ago