“Heç kim ölüsünü urvatsız etmək istəmir“ - Zaurdan etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Heç kim ölüsünü urvatsız etmək istəmir“ - Zaurdan etiraz

Sosial

28 Dekabr 2021 15:45 608


Teleparıcı Zaur Baxşəliyev yas mərasimlərinə qoyulan qadağaya etiraz edib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə “Bizimləsən” proqramında danışıb:

"Adət-ənənələrimizi yoxa çıxra-çıxara gedirik. Toy, yas nəyə lazım, o olmasın, bu olmasın. Pandemiyaya görə mərasim keçirilmir. Toya gedirik, yeyib-içirik, hamı bir-birini qucaqlayır. Yasda kim kimi duz kimi yalayır? Hamı ağzında maska gəlir, gedir. 50 nəfərlik yas etmək olar. Buna diqqətlə yanaşın. Heç kim ölüsünü urvatsız etmək istəmir. Toyda deyə bilərsən, başı ağıryır gəlmirəm. yasa isə getməyi hamı özünə borc bilir. Bir çadır qurulsun, hamı gəlib başsağlığı verib getsin. Ölü də urvatlı olsun".  Marqarita pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!