“Heç nə dəyişməyib, həmin paslı təfəkkürdür!” - Deputatdan sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Heç nə dəyişməyib, həmin paslı təfəkkürdür!” - Deputatdan sərt sözlər

Sosial

06 May 2023 10:25 1486


“Təhsil sistemimizdə uzun illər böyük vəzifə tutmuş bir qisim adamlar xeyli aktivləşib. Təkliflər verirlər, yollar göstərirlər. Bu adamlara vaxtilə islahat aparmaq, yararlı işlər görmək üçün kifayət qədər şərait yaradılmışdı. Maliyyə imkanları da yetərli səviyyədə idi. Lakin pis əməllər və savadsızlıq inkişafın qarşısını aldı. Köhnələr yenilərin səriştəsizliyindənmi bəhrələnirlər?” 

Yenisabah.az xəbər verir ki, bu sualla Milli Məclisin deputatı, tanınmış təhsil eksperti Etibar Əliyev çıxış edib. Parlamentari bu tendensiyanın mövcudluğunu inkar etməyib: “İndiki cavanların çoxu təhsili bilmir. Yaşlılar izə zamanın sürətlə dəyişən paradiqmalarından xəbərsizdirlər. Təhsildə 15-20 il böyük vəzifə tutanlar çox pis örnəklər qoyublar. 2500-dən çox saxta diplomlu müəllim, bütün Dövlət proqramlarının korrupsiyaya yönəlməsi, dərslik siyasətinin rüsvayçılıq halına gətirilib çatdırılması, minlərlə saxta diplomlulara Şəhadətnamələrin verilməsi, universitetlərin şəxsi ambisiyalarla  idarə olunması və s. Bütün bu yaramaz işləri unutdurmağa çalışırlar. Axı bütün bunlar millətə və dövlətə vurulan zərbələrdir. Mən bu iki nəslin bir araya gəlməsinin tərəfdarıyam, lakin bu həmrəylik təhsilimizə nəsə verəcəkmi? Optimist olmaq mümkün deyil. Axı nəyi müzakirə edəcəklər?“

E.Əliyev qeyd edib ki, yaşlılar təhsil sahəsində ictimai rəyi çaşdırırlar. Onun sözlərinə görə, bunun qarşısı alınmalıdır: “Özlərini elə aparırlar ki, sanki təfəkkürlərində sıçrayışlı dəyişiklik baş verib. Düşüncəmə görə heç nə dəyişməyib, həmən paslı təfəkkürdür. Ancaq həm də təhlükə yaradan və ictimai rəyi çaşdıran prosesdir“.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!