Həftənin ilk iş günü 37 dərəcə isti olacaq – YAĞIŞ DA GÖZLƏNİLİR

saytların hazırlanması

Evə çatdırılma

Həftənin ilk iş günü 37 dərəcə isti olacaq – YAĞIŞ DA GÖZLƏNİLİR

Sosial

09 Avqust 2026 12:26 247


Avqustun 10-a gözlənilən hava şəraiti açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. pizza

Havanın temperaturu gecə 23-27° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!