Həkəri çayında faciə: 63 yaşlı şəxsin axtarışına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Həkəri çayında faciə: 63 yaşlı şəxsin axtarışına başlanıldı

Hadisə

05 İyul 2026 12:03 216


Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən "Yeni Sabah"a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!