Həkəri və Bərgüşad çaylarına farel balıqları buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Həkəri və Bərgüşad çaylarına farel balıqları buraxıldı

Sosial

13 Aprel 2021 15:18 1264


Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə qızıl xallı farelin buraxılışı həyata keçirilir.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivədində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, çəkisi 30-50 qram olan 1000 ədəd balıq körpəsi çay hövzəsinə buraxılır: Marqarita pizza

"Qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub

Qeyd edim ki, qızıl xallı farel həm də Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş növdür. Bu proses bu ərazilərdə həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək.

Bundan əlavə, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!