Həkimə xəstəni öldürmək hüququ verilsinmi? -   “20 il sonra buna başqa cür yanaşılacaq“

saytların hazırlanması

Evə çatdırılma

Həkimə xəstəni öldürmək hüququ verilsinmi? - “20 il sonra buna başqa cür yanaşılacaq“

Sosial

19 İyul 2022 12:37 1291


“Bu daha çox dini-mənəvi məsələdir”.

Bunu Yenisabah.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.

O, evtanaziyanın Azərbaycanda mümükünlüyü məsələsini şərh edib. pizza hut

Ə. Həsənov qeyd edib ki, hər bir ölkədə evtanaziya məsələni yerli əhalisinin baxışına görə qiymətləndirilir:

“Azərbaycanda çoxluq evtanaziyanın əleyhinədir. Bunun da tarixi-mədəni, dini, mental səbəbləri var. Dünya ölkələrinin əksəriyyəti də bunu qadağan edir. Çox az sayda ölkə bunu leqallaşdırıb. 

Ümumiyyətlə, evtanaziyanı yalnız dinlə bağlamaq olmaz. Məsələn, din abort məsələsinə pis münasibət bəsləyir. Əhalinin əksər hissəsi isə abortu qəbul edir. Ola bilsin ki, 10-20 ildən sonra, buna əhalimizin əksəriyyəti başqa cür yanaşacaq. Evtanaziya da bu qəbildəndir. İnsanlar hazırda qəbul etmir, gələcək barədə isə dəqiq bir söz söyləmək olmaz. 

Eynicinslilər arasında nikah məsələsi də belədir. Qanunda nikahın yalnız kişi ilə qadının birliyi kimi konkretləşdirilmir. Yəni eynicinslilərin nikahından da söhbət gedilə bilər. Amma hər kəs bunu qadın və kişi birliyi kimi başa düşür.

Şəxsi fikrimə gəlincə, müsəlman kimi evtanaziyanın əleyhinəyəm. Çünki burada cana qəsd faktoru var”. 

Həkim Rasif Bağırov mövzuya dair danışarkən evtanaziyanın xəstənin əziyyətini yüngülləşdirməkdən ötrü həyata keçirildiyini xatırladıb: 

Evtanaziya dini nöqteyi-nəzərdən qeyri-mümkündür. Çünki bu intihardır. Məsələn, xərçəng xəstələrinin ölümünə az qalmış ağrıları yüngülləşdirməkdən ötrü onlara “morfin” dərmanı verirlər. Bu da evtanaziyanın bir növüdür. Doğrudur, konkret olaraq xəstəni öldürməsə də, bu prosesi yavaş-yavaş həyata keçirir. Çünki həkim xəstəyə heç bir müalicə tətbiq etmir. Konkret olaraq insanın ölümünü gözləyir.

Komaya düşən xəstə də bu cürdür. Beyin ölümü deyilən proses var, beyin ölərsə, tibbi komissiya ölümü təsdiq olunan xəstə aparatdan ayrılır. Bu, artıq evtanaziya yox, tibbi göstərişdir. 

İnsanda əsas olan düşüncədir. Düşüncə sağlam olarsa, xəstənin bədəninin hansı vəziyyətdə olması əsas deyil”.

Sonda xatırladaq ki, evtanaziya Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə qadağan edilir. Həmin maddəyə əsasən, 2 ilədək müddətə islah işləri və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!