Həkimlərə sevindirici xəbər -   Müraciətlər başladı

saytların hazırlanması

Evə çatdırılma

Həkimlərə sevindirici xəbər - Müraciətlər başladı

Sosial

16 Oktyabr 2026 10:37 105


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müxtəlif ixtisaslar üzrə həkim mütəxəssislər və tibb işçiləri axtarır.

Bu barədə “Yeni Sabah”a Dövlət Xidmətindən məlumat verilib.

Vakansiyalar həkim-otorinolarinqoloq, həkim-oftalmoloq, həkim-cərrah, elektrokardioqrafiya, exokardioqrafiya və elektroensefaloqrafiya-funksional diaqnostika istiqamətlərini əhatə edir. pizza

Müraciət etmək istəyənlər info@seferberlik.gov.az elektron poçt ünvanına yaza və ya bu linkə daxil olaraq anketi doldura bilərlər.

Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin (FİN) qeyd edilməsi mütləqdir. Ətraflı məlumat üçün 9100 Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Namizədlərin seçimi zamanı kliniki təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!