Xalq artistləri Həmidə Ömərova və Sərxan Sərxan 40 il sonra görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə aktrisa öz sosial şəbəkə hesabında yazıb.
S.Sərxanla fotosunu paylaşan Ömərova bildirib: pizza
“Rəhmətlik kinorejissorumuz Tofiq İsmayılovun 1983-cü ildə çəkdiyi “Musiqi müəllimi” filmindən 40 il sonra Sərxan Sərxanla görkəmli dramaturqumuz Rüstəm İbrahimbəyovun xatirə gecəsində təsadüfi görüş…”
Xatırladaq ki, ekran işində aktyor musiqi müəllimi, Həmidə Ömərova isə Şəfiqə obrazını canlandırıb.
Telegram kanalımız