“Həmidi bu gün görə bildim, vəziyyəti ağırdır” - İlhamiyyə Rza

saytların hazırlanması

Evə çatdırılma

“Həmidi bu gün görə bildim, vəziyyəti ağırdır” - İlhamiyyə Rza

Sosial

27 Yanvar 2024 22:27 1957


"Həmidin durumundan nigaran olanlar üçün məlumat verim ki, bu gün əziz dostum Ruslan Ağbabalı təklif etdi ki, gəlib məni və İbrahimi xəstəxanaya aparsın. Sağ olsun. Getdik. Həmidi iki dəqiqə görə bildim. Çox narahatam. Bu günlərdə çox dostlar zəng edib xəbər tutdular, köməklərini təklif etdilər. Sağ olsunlar. Heç nəyə ehtiyacımız yoxdur. Sadəcə, xahiş edirəm diqqətdə saxlasınlar...Vəziyyəti hələ ağırdır".

Yenisabah.az xəbər verir ki, bu sözləri yazıçı-publisist Həmid Herisçi həyat yoldaşı, jurnalist İlhamiyyə Rza sosial şəbəkədə yazıb.

Qeyd edək ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi yanvarın 26-da saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədidəki modul tipli xəstəxanaya yerləşdirilib. Sezar pizza

TƏBİB-dən verilən məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!