Həmin polis əməkdaşı ciddi cəzalandırılmalıdır - Deputat

saytların hazırlanması

Evə çatdırılma

Həmin polis əməkdaşı ciddi cəzalandırılmalıdır - Deputat

Sosial

23 İyun 2023 11:14 553


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hüquq mühafizə orqanlarına, eyni zamanda orduya deputatlar, ictimiayyət nümayəndələri tərəfindən mülki nəzarət edilməsi ilə bağlı təklifə münasibət bildirib.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, o hər iki qurumun yanında İctimai Şura fəaliyyət göstərdiyini xatırladıb.

Deputat deyib: “Daxili İşlər Nazirliyi yanında da, Müdafiə Nazirliyi yanında da İctimai Şura var. Hesab edirəm, bu qurumlar xalqdan, ictimaiyyətdən ayrı deyillər, xalqla, cəmiyyətlə birlikdə fəaliyyət göstərirlər. Heç bir şey xalqın gözündən kənarda qala bilməz, nəzarət var. Pepperoni pizza

İctimai Şuralar onsuz da vətəndaşlardan ibarətdir, polis işçilərindən yox. DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyevdir, o da sabiq deputatdır. Lakin belə bir məsələ var ki, Daxili İşlər Nazirliyi sistemində on minlərlə əməkdaş çalışır. O əməkdaşlardan hər hansı birinin yol verdiyi səhv, qəbahət, cinayət bütövlükdə DİN-nin ünvanına yazılmamalıdır.

DİN izahat verdi ki, Gədəbəydə sakinlərə qarşı kobudluq edən polis əməkdaşı müəyyənləşdirilib, haqqında qanun çərçivəsində tədbir görüləcək. Təkcə Daxili İşlər Nazirliyindən söhbət getmir, hər hansı təşkilatın, qurumun əməkdaşı müəyyən səhvə yol verirsə, bunu ümumilikdə həmin qurumun, nazirliyin səhvi kimi qəbul etmək doğru deyil.

Şəxs öz etdiyinə görə cavab verəcək. Vəziyyəti başa düşürəm. İctimaiyyətin dediyində də haqq var, əlbəttə, hüquq-mühafizə orqanlarında çalışanların hər biri hər an, hər durumda məsuliyyətini dərk etməlidir.

Emosional oldu, ya nəsə başa düşmədi, səhvə yol verdi – bunu mülki şəxs üçün demək olar, amma sən hüquq-mühafizə orqanının əməkdaşısan, hərəkətlərinə diqqət yetirməlisən, fikir verməlisən. Etdiyin səhvə görə təkcə sən özün məsuliyyət daşımırsan, eyni zamanda əməkdaşı olduğun nazirliyin adına xələl gətirirsən. Buna görə də hesab edirəm ki, həmin polis əməkdaşı ciddi cəzalandırılmalıdır, cəzalandırılacaq da”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!