Həmkarını əvəz edən işçiyə əlavə vəsait necə ödənilməlidir? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Həmkarını əvəz edən işçiyə əlavə vəsait necə ödənilməlidir? - AÇIQLAMA

Sosial

09 Yanvar 2024 13:21 623


Adətən, şirkət və müəssisələrdə işçi məzuniyyətdən istifadə edərkən eyni əmək fəaliyyətini icra edən digər əməkdaş və ya əməkdaşlar onu əvəz edir. Belə olan təqdirdə əvəzediciyə istər iş, istərsə də məsuliyyət baxımından daha çox tələblər qoyulur. Haqlı olaraq, bu hallarda öz iş yoldaşını əvəz edən işçiyə aldığı əməkhaqqından əlavə məvacibin təyin olunması və ödənilməsi nəzərdə tutulmalıdır. Bu cür situasiyalarla bağlı Əmək Məcəlləsində hansı qaydalar öz əksini tapıb?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib:

“Bu hal Əmək Məcəlləsində nəzərdə tutulub. Məzuniyyətdə olan işçini 3 ay müddətədək əvəz edən əməkdaşın məvacibinə əvəz etdiyi işçinin aldığı əməkhaqqı ilə arasında olan fərq qədər əlavə olunmalıdır. Əgər hər iki işçinin aldığı məvacib arasında fərq yoxdursa, bu zaman işəgötürənin və tərəflərin razılaşması ilə əlavə məbləğ təyin olunur. Belə olduqda, işçinin aldığı əməkhaqqının 50 faizinə qədər məbləğ əvəzedən əməkdaşın maaşına əlavə oluna bilər. Ancaq bu 3 aydan çox olmamalıdır. Dominos pizza

Dövlət qurumlarında bu qayda “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir. Özəl qurum və müəsissələrdə isə bu cür hallarda Əmək Məcəlləsində bununla bağlı qəbul edilmiş qaydalar tətbiq edilir”.

S. Məmmədov qeyd edib ki, əvəzetmə ilə bağlı razılıq işçinin tam hüququdur və müəssisə və ya şirkət rəhbərləri işçilərə əvəzetmə ilə bağlı heç bir məcburetmə və təzyiq göstərə bilməz:

“Əvvəla onu qeyd edim ki, işçi digər işçini əvəz etməyə razılıq verməyə bilər və bu onun  tam hüquqdur. Belə olan təqdirdə çalışdığı müəssisə həmin işçiyə bu səbəbdən inzibati tənbeh tətbiq olunarsa, təbii ki, ona bu səbəbdən cəza verilməsi ilə bağlı həm inzibati, həm də məhkəmə qaydasında şikayət edə bilər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!