Həqiqi hərbi xidmətə çağırışla bağlı açıqlama
31 Okt 2020 11:50
985

Həqiqi hərbi xidmətə çağırışla bağlı açıqlama

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı sərəncama uyğun olaraq, həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat yayıb.

Bildirilib ki, sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında operativ qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək, xidmət yerlərinə təhvil veriliblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər