“Hər ailədə azı 3 uşaq olmalıdır, vəssalam!” - Tanınmış hüquqşünas

saytların hazırlanması

Evə çatdırılma

“Hər ailədə azı 3 uşaq olmalıdır, vəssalam!” - Tanınmış hüquqşünas

Sosial

15 İyun 2023 13:20 18248


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Azərbaycan əhalisinin sayı məsələsinə toxunaraq “Türkiyədə əhalinin artımı üçün bir ailədə azı 3 uşaq olmasını deyirdim, Azərbaycanda isə bir ailədə azı 5 uşaq olmalıdır” - deyə bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda əhalinin artımına nail olmaq lazımdı.

Lakin onun bu çıxışı sosial şəbəkələrdə xeyli müzakirə yaratdı. Sosial şəbəkə istifadəçiləri, xüsusilə feministlər buna qarşı çıxdı. Bunun qadınları robot kimi görmək olduğunu iddia etdilər.  pizza hut

Bəs görəsən, bu iddialar nə dərəcədə düzgündür? Azərbaycan ailəsi neçə övlada baxmaq potensialındadır? 

Məsələ ilə bağlı Yenisabah.az-a tanınmış televiziya eksperti, hüquqşünas Tağı Hüseynov danışıb. O, bildirib ki, dinimizə görə də çox övladın olması daha yaxşıdır: 

"Bilirsiniz ki, əhalimizin böyük hissəsi müsəlmandır və dinimizdə də buyrulan budur ki, ailədə çox övlad olsun. Peyğəmbərimizin də kəlamı var ki, mən Qiyamət günü öz ümmətimin say çoxluğu ilə fəxr edəcəyəm. Yəni 5 uşağının olması əslində utanmalı yox, fəxr olunmalı bir şeydir. Quranda da ayə var, bildirilir ki, uşaqlarınızı öldürməyin, biz onların ruzisini özümüz veririk. Bəzən düşünürlər ki, birdən çox övladım olar və madiyyat cəhətdən çətinlik çəkərəm və s. Bu, Quranda hökm kimi yazılıb ki, biz onların ruzisini verərik. 

O ki, qaldı, Azərbaycan reallığına, o vaxt sovet dönəmində uşaqpulu var idi, insanlar da qorxmurdular, düşünürdülər ki, nə qədər uşağım varsa, onsuz da pul alacam. Bu gün əsasən camaat pul olmadığı üçün çox uşaq istəmir. Şəxsən mən bir Azərbaycan kişisi olaraq düşünürəm ki, həqiqətən minimum 3 uşaqdan, 5 uşağa qədər ailədə övlad ola bilər. Dövlət də ailələrə bu mövzuda dəstək olsa, təbii ki, daha yaxşı olar. Vətəndaşlarımız bu mövzuda bir qədər çətinlik çəkirlər. Bəzən adicə sosial yardımın alınmasında elə şərtlər qoyulur ki, ala bilmirlər. Bir sözlə, Azərbaycan əhalisi üçün 3-5 uşağa normal baxıram və ünvanlı sosial yardımın alınmasında da bir az yumşalmalar olsa, əmin olun ki, heç kim ailədə uşağın artmasına etiraz etməyəcək. Biləcək ki, ən azından burada dövlətin də qayğısı və dəstəyi də var. Bizim sayımızın çoxluğu bizə xeyirdir. Görürsünüz, adicə Ermənistanla döyüşdə də tez-tez vurğulayırdıq ki, bizim sayımız onlardan çoxdur və güclüyük. Gərək biz onları hər mövzuda üstələyək". 

Hüquqşünasın sözlərinə görə, Türkiyə prezidenti R.T.Ərdoğanın sözü ilə razılaşmaq lazımdır:

"Rəcəb Tayyib Ərdoğan da siyasəti çox güclü olan bir liderdir və o sözü boş-boşuna heç vaxt deməz. Düşünürəm ki, Ərdoğanla razılaşmaq lazımdır, 5 deyə bilmərəm, amma ən azı hər ailəyə 3 övlad lazımdır.

O ki, qaldı feministlərin buna etiraz etməsinə, onlara qalsa, onlar gərək, ümumiyyətlə uşağa baxmasınlar. Biz feministlərin üzərində duran dövlət, cəmiyyət yarada bilmərik, çünki onların bizim cəmiyyətə, ailə institutuna heç bir faydası ola bilməz. Mən birmənalı şəkildə belə düşünürəm. Çünki ailə dedikdə uşaq da nəzərdə tutulur, tam ailə uşaq da olanda hesab olunur. Uşaq yoxdursa, burada tam ailədən söhbət gedə bilməz, vəssalam!"

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!