“Hər gün 50-100 jurnalist peyvənd olunacaq“   - Əflatun Amaşov

saytların hazırlanması

Evə çatdırılma

“Hər gün 50-100 jurnalist peyvənd olunacaq“ - Əflatun Amaşov

Sosial

09 Aprel 2021 12:30 494


"Yaşı 18-dən yuxarı olan bütün jurnalistlər könüllülük əsasında peyvənd oluna bilərlər".

Yenisabah.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"Belə planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Hələlik bu günə olan məlumata əsasən, peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır. Birmənalı olaraq, dünyanı bürüyən bu virusdan qorunmaq üçün peyvənd olunmalıyıq", - o bildirib. Dördpendirli pizza

Qeyd edək ki, bu gündən Azərbaycanda media işçilərinin koronavirusa (COVID-19) qarşı vaksinasiyasına başlanılıb. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVAC" vaksini vurulur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!