Bəzi insanlar evdə vəhşi heyvan saxlayır. Bu isə insan həyatı üçün təhlükəlidir. Bəs, qanun bu haqda nə deyir?
Yenisabah.az xəbər verir ki, bu barədə ATV telekanalına hüquqşünas Emil Aslanov danışıb.
O bildirib ki, evdə vəhşi heyvanların saxlanılması üçün xüsusi razılıq olmalıdır: pizza sifarişi
“Ovçuluq bileti olan şəxs təbii mühitdən tapdığı hər hansı heyvanı xüsusi icazəsi olarsa, gətirib saxlaya bilər. Kənd Təsərrüfatı Nazirliyi də buna xüsusi razılıq verməlidir.
Kimsə vəhşi heyvan aldığı zaman həmin heyvanın sənədi olmalıdır. Bundan sonra onu alıb ev şəraitində saxlamaq olar. Təbii ki, bu halda da heyvan Dövlət Baytarlıq Agentliyinin xüsusi nəzarətində olmalıdır. Mütəmadi olaraq heyvan dezinfeksiya edilməli, qurda qarşı peyvəndləri vurulmalı, xəstəlikləri yoxlanmalıdır. Bundan əlavə, heyvanın yemi də nəzarətdə saxlanılır”.
Hüquqşünas bildirib ki, bu qaydalara əməl etməyənləri qanunla cəza gözləyir:
“Bu qaydalara əməl etməyənlərə İnzibati Xətalar Məcəlləsi ilə cəzalar nəzərdə tutulur. Fiziki şəxslər 200 manatdan 500 manata qədər, vəzifəli şəxslər 2000 manatdan 2200 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 7000 manata qədər cərimə olunurlar”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız