“Sizə söz verirəm ki, bu mahnını dinləyəndə çox qəribə hisslər keçirəcəksiniz. Bəzi mahnılar var ki, 50 ildə dinləsəniz, ondan bezməzsiniz. Əminəm ki, bütün Azərbaycan bu mahnını çox sevəcək. Hazırda Azərbaycan musiqisində ilk sıralarda olduğumu bilirəm. Bu eqoistlik deyil, realistlikdir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri gənc müğənni Hiss (Röya Məmmədova) "Instagram"da paylaşıb.
İfaçı yeni mahnısından söz açıb: Marqarita pizza
“Məndən parlağı olacaq, onunla fəxr edəcəm. Çünki realist insanam, həyatım prinsiplərim çox başqadır. Rəqabət üstündə qurulmayıb. Təki hamı məndən daha güclü olsun. Bu mənə sadəcə motivasiya verə bilər. Yerinə və zamanına görə hər kəs məndən daha istedadlı və güclü ola bilər. Bunu düzgün istifadə və idarə edə bilsə.
Əgər səmimi fikrimi bilmək istəyirsinizsə, mənim üçün 15-20 il bundan əvvəl ulduz olmaq daha asan gəlirdi. Çünki onda sistem fərqli idi. Hər televiziyada gördüyümüzü əlçatmaz hesab edirdik. Əlçatmazsansa, deməli uduzsan. İndi isə çox fərqlidir. Necə ki, 20 il əvvəl tanınmaq daha çətin, ulduz olmaq asan idi. İndi isə tam əksi tanınmaq daha asan, ulduz olmaq çətindir. Mənim məqsədim isə ulduz olmaq deyil. Bu fərqli bir şeydir. Məqsədim Azərbaycan musiqisində çox fərqli iz qoymaqdır.
Reallığın fərqindəyəm. Dünya bazarında ulduz olmaq istəyirsənsə, əvvəlcə çox maraqlı kollektivin olmalıdır. Bu danılmaz faktdır. Mən isə artıq özlərinin belə xəbəri olmadan o kollektivin 40 faizini hazır etmişəm. Hər şeyin zamanı var. Hər şey “Bilogy”dən sonra baş verəcək. İnanın mənə”.
Telegram kanalımız