“Hər şeyi edəcəyik ki, sülh sazişi tezliklə imzalansın“ - Erməni deputat

saytların hazırlanması

Evə çatdırılma

“Hər şeyi edəcəyik ki, sülh sazişi tezliklə imzalansın“ - Erməni deputat

Siyasət

17 Noyabr 2023 13:50 625


Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq gərgin diplomatik iş davam edir. 

Yenisabah.az xəbər verir ki, bunu noyabrın 17-də parlamantdəki ənənəvi brifinqlər zamanı hakim “Mülki müqavilə” partiyasından olan deputat Gevorq Papoyan deyib. 

O, Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində təklif olunan görüşdən imtinaya görə Azərbaycanın mövqeyini tənqid edib. 

Diplomat əmindir ki, “yerdə” mövcud olan hadisələr tərəflərə sülh müqaviləsi imzalamaq imkanı verir. 

“Əlbəttə, maneələr var. Əks halda, saziş bu gün imzalana bilərdi”, - Papoyan bildirib. 

Öz növbəsində, hakim partiyanın parlament fraksiyasının katibi Artur Hovhannisyan sazişin bu ilin sonuna qədər imzalana biləcəyini istisna etməyib. 

"Erməni tərəfi bunun üçün hər şeyi edəcək", - deputat əmin edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!