Son illər tələbələr arasında ixtisas dəyişikliyi geniş yayılıb. Hər il demək olar ki, yüzlərlə tələbə qəbul olduğu ixtisaslardan imtina edərək, başqa sahələrə üz tuturlar. Onlar bunu sevdikləri ixtisasa qəbul ola bilməmələriylə əlaqələndirirlər.
Tələbələrin bu qərarını dəstəkləyən, onları sevib-seçdikləri peşənin arxasınca getdiyini düşünənlər az deyil. Amma fərqli mövqedə olanlar da var.
Bəzi ekspertlər hesab edirlər ki, abituriyentlər bəyəndikləri ixtisaslara qəbul olunana kimi mübarizə aparmalıdırlar. Hətta lazım gələrsə, 2-3 il qəbul imtahanlarında iştirak etməlidirlər. Sovet dövründə olduğu kimi... pizza hut
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış aparıcı Turan İbrahimov deyib ki, tələbələrin ixtisas seçimi məsələsinə nəzər salsaq, Azərbaycanın reallıqlarını öncəlik hesab edərək müasir dövrə nəzər yetirməliyik. Çünki zəmanə sovet dövründə olduğu kimi deyil:
“Tələbələr orta məktəbdə oxuduğu zamandan etibarən ali təhsil müəəssisəsi ilə bağlı doğru bir seçim etməlidirlər. Konkret surətdə nə istədiklərini bilməli və istəklərini reallaşdırmaq üçün daim çalışmalıdırlar”.
T. İbrahimovun sözlərinə görə, ixtisas seçimi zamanı bütün abituriyentlər bir istiqamətdə yönəlməlidir:
“Məsələn, əgər o həkim olmağı arzu edibsə, bu sahə üzrədə bütün yolları qaydasında keçməyi bacarmalıdır. Birmənalı surətdə istəklərinə bələd olmalıdır. Peşə seçimi zamanı daim maraq və istedad nəzərə alınır. Amma mən düşünürəm ki hazırkı dövrdə gənclər yalnız diplom sahibi olmaq üçün universitetə maraq göstərirlər. Nəinki daha təhsilli olub hər şeydən baş çıxarmaq. Ona görə də hər tərəf diplomlu işsizlərlə doludur. Çünki ixtisas seçimi araşdırılma aparmadan edilir. İlk növbədə abituriyent sevdiyi peşəni müəyyən etməli və sonra təhsilin ardınca getməlidir".
Həcər ƏMİRASLANLI
Telegram kanalımız