Hərbçilərin maaşına əlavələr nə zaman ödəniləcək?   - Müdafiə Nazirliyindən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilərin maaşına əlavələr nə zaman ödəniləcək? - Müdafiə Nazirliyindən AÇIQLAMA

Sosial

03 Mart 2021 19:01 1270


Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin nə zaman ödəniləcəyi açıqlanıb.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hərbi qulluqçulara yaxın günlərdə yeni əlavələr ödəniləcək: “Maliyyə ödəməsi keçən ilin dekabr, cari ilin yanvar və fevral aylarını əhatə edəcək”.

Qeyd edək ki, əmrə əsasən Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib. Marqarita pizza

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin aylıq vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!