“Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq” - Üzeyir Cəfərov

saytların hazırlanması

Evə çatdırılma

“Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq” - Üzeyir Cəfərov

Sosial

27 İyun 2021 19:29 1592


“Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq”.

Yenisabah.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:

“Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiyac var. Bununla əlaqədar müvafiq güc strukturlarına və Silahlı Qüvvələrin rəhbər şəxslərinə göstəriş verildi və o sənəd hazırlandı. Sənədin özəlliyi isə odur ki, hərbi qulluqçuların artıq I dərəcəli ailə üzvləri də imtiyazlardan yararlana bilərlər. Həmçinin elə məsələlər var idi ki, əvvəllər o, müəyyən problemlər yaradırdı. Lakin bu qanun layihəsində onlar tənzimlənir”. Pepperoni pizza

Ekspert onu da qeyd edib ki, layihədə şəhid ailələri və onların yaxınları ilə bağlı daha sosial yönümlü məsələlər nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!