YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Hərbi ekspert MN-dəki həbsdən danışdı: “Yaxın vaxtlarda yeni məlumatları eşidəcəyik”

Hərbi ekspert MN-dəki həbsdən danışdı: “Yaxın vaxtlarda yeni məlumatları eşidəcəyik”

Hadisə

28 Sentyabr 2022 21:44 11210


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 8 milyon manatdan çox mənimsəmədə təqsirləndirilir.

Hərbi ekspert Üzeyir Cəfərli Yenisabah.az-a Rəşad Məlikzadənin həbsi ilə bağlı bunları deyib:

"Ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə olan neqativ hallar orduda da mövcuddur. Bu, dünyanın hər yerində belədir. Aparıcı ölkələrdə belə, orduda problemlər olub və olacaq. Narkoman, oğru, cəmiyyətdə də, orduda da var. Cəmiyyətdə olan rüşvətxorluq hallarının orduda olmaması mümkün deyil. Mən bəzi rəsmilərin bu mənada bəzi çıxışlarına baxıram. Adamı heyrət bürüyür. Cəmiyyətdə olan neqativ halların orduda olmaması necə ola bilər? Ona görə də Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisinin həbsi də vurğuladığım məqamların, bəzi şəxslərin özlərini qanundan üstün saydıqlarının sübutudur.

Üzeyir Cəfərli bildirib ki, yaxın vaxtlarda yeni məlumatları eşidəcəyik:

"Həmin hərbçi də özbaşına deyil. O, sonuncu instansiya deyil. Onun tərtib elədiyi sənədləri yuxarı komandir və komandirlər təsdiq edir, möhür vurur. O möhür də maliyyə xidməti rəisində olmur, möhürü vuran şəxs ya aldadılır, o da baxmadan möhür vurur, ya da bilərək edir. Yəni, Maliyyə rəisi imzaladığı sənədi komandirlərə təqdim edir, onlar da o sənədlərə baxıb imzalarını atırlar, möhür vurulur, ondan sonra bank hər hansı əməliyyatı həyata keçirir. Göründüyü kimi, maliyyə rəisi təkbaşına hər hansı əməliyyatı həyata keçirmək iqtidarında deyil. Ona görə baş verənlərin bir çox məsələlərə aydınlıq gətirəcəyini düşünürəm. Yəqin ki, yaxın vaxtlarda yeni məlumatları eşidəcəyik".

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!