“Hərbi əməliyyatları istisna etmirəm” - Erməni general

saytların hazırlanması

Evə çatdırılma

“Hərbi əməliyyatları istisna etmirəm” - Erməni general

Rəsmi

25 Mart 2022 16:02 920


“Əgər onlar (separatçılar – red.) siyasi həll yolu tapmasalar, bəli, mən hərbi əməliyyatları istisna etmirəm”.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, keçmiş baş hərbi inspektor, general-polkovnik Movses Akopyan deyib.

“Azərbaycanlılar Qarağluxa çata bilsə, erməni tərəfi böyük əraziyə nəzarəti itirəcək.

Hər bir insan, hər bir dövlət öz istiqaməti ilə hərəkət edir. Qonşularımız ilə sülh şəraitində yaşamaq üçün hər şey edilməlidir, lakin Azərbaycan öz maraqlarını irəli sürür və biz heç vaxt Azərbaycanın Ermənistan haqqında nə düşünəcəyinə arxayın olmamalıyıq”, - deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!