Hərbi forma geyinən bu şəxslər 500 manat cərimə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Hərbi forma geyinən bu şəxslər 500 manat cərimə olunacaq

Sosial

20 Yanvar 2022 10:18 5189


Bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə edirlər. Bəs, hərbi geyimdən kimlər istifadə edə bilər?

“Yeni Sabah” xəbər verir ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisinin Hüquq İşləri Üzrə köməkçisi Şirin İsmayılov "Xəzər Xəbər"ə deyib ki, "Hərbi xidmətkeçmə haqqında" əsasnaməyə görə, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.

Şirin İsmayılov onu da bildirdi ki, vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir. Belə halların qarşısını almaq üçün hərbi polis tərəfindən müvafiq işlər görülür.. Dominos pizza

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, şəxsdən xüsusi geyim forması müsadirə edilməklə o, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tərxan bayramov
    Bayramov Tərxan xanlar oğlu noyabr 03.11.1989 tarixdə İstanbul mustafa KEMAL Ata Türk Anadan doğulduğu İndi Bakı şəhərində Yaşayıram 34Yaşım var
    2 years ago