Hərbi sirləri sosial şəbəkədə yayan hərbçiləri hansı cəza gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Hərbi sirləri sosial şəbəkədə yayan hərbçiləri hansı cəza gözləyir?

Sosial

12 Dekabr 2023 15:30 501


Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayan hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə edilib parlamentin plenar iclasa tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni 614-1 maddəsində əksini tapıb.

Layihəyə əsasən, Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə - 10 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Dördpendirli pizza

Qeyd: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına yuxarıdakı maddənin qüvvəsi şamil edilmir.

Yuxarıda göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!