Hərbi xidmətdən “Neqodnu” adı ilə yayınanlara   vacib xəbər - Qərar dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Hərbi xidmətdən “Neqodnu” adı ilə yayınanlara vacib xəbər - Qərar dəyişdi

Sosial

21 Dekabr 2023 23:10 73637


Son zamanlar Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı bir neçə dəyişiklik baş verib. Gələn ilin əvvəlindən qüvvəyə minəcək dəyişiklikdə hərbçilərin pensiya yaşının artırılması nəzərdə tutulur. İndiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçdikləri təqdirdə pensiyaya çıxmaq hüququ qazanırdı. Hərbçilərlə bağlı qanuna təklif edilən dəyişiklikdə həmin müddətin 5 il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur.

Azərbaycanda hərbi xidmətlə bağlı son dövrlər qəbul edilən daha bir qərar hərbi xidmətə çağırış prosesi ilə bağlıdır. Belə ki, vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar qaydası dəyişir. İndiyədək hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqda baxılırdı. Yeni dəyişikliyə əsasən, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq. Başqa sözlə, hərbi komissarlıqlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də prosesə qatılacaq.

Bəs qəbul olunan yeni qərarların hədəfi nədir? pizza hut

Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referans.az-a deyib ki, yeni dəyişikliklər hərbi xidmətdə yeni və intizamlı bir dövr yaradacaq:

“Azərbaycanda hərbiyə diqqət kifayət qədər böyükdür. Qəbul olunan yeni qərarlarda kifayət qədər müsbət məqamlar var. Pensiya ilə əlaqədar olan məsələdə sual doğuran əsas məqam pensiya yaşının 20 ildən 25 ilə qaldırılmasıdır. Bu qərarda da müəyyən güzəştə getdilər. 17, 18, 19 il hərbi xidmətdə olanlar 20 il tamam olduqda pensiyaya çıxa biləcək. Amma biz istəyirdik ki, ümumiyyətlə, bu qanun qəbul olunandan sonra qüvvəyə minsin. Bununla bağlı çıxış da etmişdik. Hazırda hərbiyə diqqət böyük olduğu üçün hökumət daha da müasir və güclü ordu yetişdirməyi hədəfləyir”. Sosial sahədə də hərbçilərə müəyyən güzəştlərin veriləcəyini deyən deputat qeyd edib ki, onların pensiyasının 50 faizdən 65 faizə qaldırılması belə müsbət haldır. Onun sözlərinə görə, son zamanlar hərbi komissarlıqlarda kifayət qədər həbslər olub: “Bunların hamısı müəyyən rüşvət hadisələrindən irəli gəlirdi. İnsanlardan pul alıb daha sonra hərbi bilet verirdilər ki yararsızdır və s. Bütün bunları nəzərə alaraq belə bir qərar verildi. Sosial Müdafiə Nazirliyinin kifayət qədər Tibbi-Sosial Ekspertiza və Reabilitasiya mərkəzləri var. Buna görə də hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqlardan alınıb Sosial Müdafiə Nazirliyinə verildi”. Hərbi ekspert, ehtiyyatda olan polkovnik Ramiz Şərifov isə Referans.az-a bildirib ki, qəbul olunan qanunların bir sıra məqsədləri var:

“Son zamanlar rüşvət məsələsi əhəmiyyətli dərəcədə artmışdı. Buna görə də bu məsələ hərbi komissarlıqdan alınıb Sosial Müdafiə Nazirliyinə verildi. Yəni hərbi komissarlıqda rüşvət sayəsində hərbi xidmətdən yayınmaq olurdu. Artıq hərbi xidmətdən yayınma halları bununla da sona çatacaq. Heç kim nəinsə müqavilində hərbi xidmətdən yayına bilməyəcək. Heç kim gedib Sosial Müdafiə Nazirliyində rüşvət müqavilində xəstəlik və ya hər hansısa sağlamlığın məhdudlaşdırıldığı barəsində arayış ala bilməyəcək. Bu çox çətin və müşqül bir məsələ olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elcan
    Salam atasin anasin itirmis sexsi herbiye yaralidi ve evlidi ayilesinede onan basqa hec kim baxmir
    7 months ago
  • Rauf
    Mende herbi biletimde 1 qrup10 ce eseger gedmemisem
    9 months ago
  • Azər
    Hamısı yalan və gopdu. Nə istəyirlər onuda edirlər. Hamı qaçır hərbidən. Bir azdan yalvarıb adam yığacaqlar. Müharibə bitdi, hərbiçilər yaddan çıxdı.
    2 years ago
  • ilhame
    Hərşey yalandı menim oğlum yararsız halda yararlı yazıb hərbiyə gonderdiler bir balam var inanın ki o uşaqı haralara apardılar Laçın Kəlbəcər 1il 3 aydan sonra uşaqımi herbiden azad elediker yararsızdır menim uşaqim demek olarki boş boşuna eziyet çəkdi hərbi biletne yararsiz yazılıb
    2 years ago
  • ZR77
    O deputatlara cinayət işi açmaq lazımdır. Görün nə deyiblər. Azərbaycanda rüşvət var. Yalan deyirlər, rüşvət hara Azərbaycan hara. Böhtan və şər atmaqdan başqa bir şey deyil bu. ????????????????
    2 years ago
  • Segül
    Mən ailədə iki oğulun ikisi də niqodnu sənəd alıblar.tam sağlam adamdılar.dövlət işində də işləyirlər .hərbi xidmətə getməyiblər.
    2 years ago
  • İslam
    Bir nefer geseng yazdi burda sohbet budur 5 mine basa gelirdise negodni olmag indi 15 min olacaq. Birde ki yadda saxlayın memur balasi negodni cixmir orduda adi gedir godniy bilet alir. Siz deyen orta tebegedir
    2 years ago
  • Arif
    Hərbi komissarlıqlarda həbslər oldu..bəli bu baş verdi . Televiziya mediya vasitəsi ilə xəbərlər yayıldı. Yalnız rüşvət alanlar həbs olundu. Bir nəfər rüşvət verənin həbs olundugunu eşitdik ? Xeyr. Məncə burdan başlamaq lazım idi. Alana 15 il Verənə 15 il.. Aradakı adama 15 il Baxın düzəlir ya yox..
    2 years ago
  • Çingiz
    Salamun Aleykum və rahmətullahu və bərəkətuhu. Mənim də sizə bir təklifim var. Yaxşı olardı ki ilk növbədə həmən sosial müdafiə fondunun və tibbi ekspertiza əməkdaşlarının daşıdıqları vəzifəyə nə yolla düzəldikləri yoxlansın. Nəticə əldə olandan sonra bu qərarın nə ilə nəticələnəcəyi bilinəcək.
    2 years ago
  • Ulviyye
    Gecikmisiz artiq dezertiler deli adiyla arvad bosuyurlar kasibin balasi ön cebhede
    2 years ago
  • Vüqar
    Vallah hamısı boş şeylərdi,xalqın başını qatmaqdan ötrü.Nə fərqi var ki,bu dəfə rüşvəti hərbi komisarlıqlar deyil,sosial müdafiə orqanları əməkdaşları alacaqlar.Onsuzda hamıya məlumdur ki,ölkədə korrupsiya,rüvət olmayan bir orqan yoxdur.Yuxarı nazirliklərdən,aparratlardan tutmuş,ən kiçik mərtəbələrə kimi.Bu sistem belə idarə olunmaqdadır uzun illərdi.
    2 years ago
  • Aygün Əliyeva
    Nəinsə yox,nəyinsə.Müqavilində yox,müqabilində.Müşqül yox,müşgül.KİV mənsubları orfoqrafiyaya fikir verməlidir.
    2 years ago
  • Elşən
    Müharibə dövründə veriləsi bir qərarı niyə sülh dövründə verirsiz?Belə görünürkü vaxtı ilə dizertir elədiyiniz məmur balalarına indi hərbi bilet lAzım olub?
    2 years ago
  • Hidayət
    Siz allah bu rüşvətə qarşı, korrupsiyaya qarşı mübarizə aparmayin. Siz 20-30 ildir "mübarizə" aparırsınız, nəticələr isə həmişə olduğu kimi, iri addımlarla...
    2 years ago
  • Fərid
    Əgər Bura Azərbaycandırsa Fərqi yoxdur ki Hərbi komissarlığ ya sosial müdafiə fondunun tibbi ekspertiza və reabilitasiya mərkəzi hər ikisi röşvətxorluq mərkəzinə çevirilib.korrupssiya öz başnalıq hökm sürməkdədir.!!!
    2 years ago
  • Məmmədov Azər Sədrəddin Oğlu
    Zalimin Sonu Yaxınlaşdıqcan Zülmü Dahada Artar
    2 years ago
  • Ramin Dadashov
    Bəlkə biraz nikbin olaq.mence bu son qerar yaxşı və arzuolunan nəticələr verəcək.Orduquruculuguna göstərilən dövlət dəstəyi istiqamətində hesab edirəm ki bu addım uğurlu sonuc qazanmaya səbəb olacaq.
    2 years ago
  • Sebine
    Ruwvet alanlarin biride artirilir.Zaten Ehalinin mudafie nazirliy ruwvetin o sqidida her bir yol tapib haqqa girib .
    2 years ago
  • Müşfiq
    Qiyməti artırmaq üçün yaxşı ideyadır. Sahil pensiya alanların bir hissəsini qırdi .. indi də xəstələr orduya gedər. Mənim qohumum Əmrahov Məhərrəm 10 ilə yaxın pensiya aldı .. övladı və kimsəsi yoxuydu. Sahil pensiyasını kəsdi ki xəstə deyil .. yazıq həmən xəstəlikdən 3 ay sonra öldü
    2 years ago
  • EMİL
    Məncə rüşvət artırılır. Hər belə dəyişiklik olanda rüşvət artır.
    2 years ago
  • Atilla
    Əsas məsələ o deyil xəbərdə sonda demir tam olmayacaq sadəcə," Bu çox çətin və müşqül bir məsələ olacaq”. Yeni yenə tas böyük olacaq. Bunun bir həlli yolu var sadəcə Türkiye kimi ödenişli əsgərlik dövlet pulu çox olanlardan ödeniş alaraq büdceye keçirir və ordunu daha da çox maliyeleşdirir və tam formalaşmiş ordu olur. Sadə bir formuladi.
    2 years ago
  • Calal
    Kim xidmət etmək istəmirsə 10 min manat ödəsin xidmət edənlərin maaşını verməyə.
    2 years ago
  • Orxan
    Bu qanunu qəbul edən hərbicilərimizin əziyyətini yerə vurna hər kəsə lənət olsun. Nə istəyirsiz xalq əlinizdən bezib indidə ordunu bezdirirsiz??? Bu Olkeden ne isteyirsiz ay memurlar
    2 years ago
  • Li chu Yong sin Vang
    Nə bilim vallah, nə qədər ki, bizim bu camaatın canında bu rüşvət sevdası var, çətin düzələ... Gözləyək (20-30 il falan) görək nə olur...
    2 years ago
  • Melek
    ????????????????????????????????????????????????????????????
    2 years ago