Hesablama Palatası 160,3 milyon manatlıq nöqsan aşkarladı

saytların hazırlanması

Evə çatdırılma

Hesablama Palatası 160,3 milyon manatlıq nöqsan aşkarladı

İqtisadiyyat

26 İyul 2026 12:50 127


2026-cı ilin birinci yarısında Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində 160,3 milyon manat məbləğində nöqsan aşkarlanıb.

“Yeni Sabah” Plat.az-a istinadən bildirir ki, bu barədə Hesablama Palatasının 2026-cı ilin birinci yarımilliyində fəaliyyətinin əsas nəticələrinə dair məlumatında qeyd olunub.

Məlumata görə, aşkarlanan nöqsanların 35 milyon manatı üzrə bərpası barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib. Qalan 110,5 milyon manat isə digər nöqsan məbləğini təşkil edib. pizza sifarişi

Hesabat dövründə Hesablama Palatası tərəfindən 102 strateji audit tədbiri icra olunub. Bunlardan 91-i tam, 3-ü qismən yerinə yetirilib, 8 tədbir isə icra edilməyib. İcra səviyyəsi 90,7 faiz olub.

Palata ilk dəfə 21 kənar dövlət maliyyə nəzarəti (KDMN) obyekti üzrə nəzarət tədbiri həyata keçirib.

Qəbul edilmiş qərarlara əsasən, 20 uyğunluq auditi, 2 maliyyə auditi, 8 səmərəlilik auditi və 3 analitik fəaliyyət istiqamətində tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, Hesablama Palatası dövlət büdcəsinin, Dövlət Neft Fondunun büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına dair hesabatların hazırlanmasında iştirak edib.

Nəzarət tədbirləri əsasən təhsil, əsaslı vəsait qoyuluşu, ümumi dövlət xidmətləri, su təsərrüfatı və meliorasiya, kənd təsərrüfatı və sosial müdafiə sahələrini əhatə edib.

Hesabatda həmçinin qeyd olunub ki, yarım il ərzində 37 maliyyə xarakterli, 1 prosedur xarakterli təklif hazırlanıb. Bununla yanaşı, beynəlxalq əməkdaşlıq çərçivəsində Özbəkistan Ali Audit Orqanı ilə memorandum imzalanıb, Pakistan Ali Audit Orqanı ilə paralel audit aparılıb, INTOSAI Dövlət Satınalmaları Auditi üzrə İşçi Qrupunun illik toplantısına ev sahibliyi edilib və İslam İnkişaf Bankının illik toplantısı çərçivəsində panel müzakirələrdə iştirak olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!