Hesablama Palatası işçilərinin sayının artırılmasını istəyir

saytların hazırlanması

Evə çatdırılma

Hesablama Palatası işçilərinin sayının artırılmasını istəyir

Sosial

08 Aprel 2024 13:37 465


Hesablama Palatasının 166 işçisi, bunun qarşılığında isə ölkədə mindən çox isə təşkilat var.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

"Bu qədər ordu qarşısında hansı heyətlə fəaliyyət göstəririk? Qonşu ölkələr araşdırılsın. O ölkələrdə bizim kimi qurumların nə qədər işçisi var, nə qədər maliyyəsi var, araşdırın. Tək Gürcüstanı deyə bilərəm ki, 342 nəfər işçi işləyir. Maliyyəsini isə özünüz araşdırın", - deyə o qeyd edib. Dominos pizza

Sədr plenar iclasda təklifləri dinləməyə və müqayisə aparmağa hazır olduğunu da sözlərinə əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!