Həştərxan qubernatorundan Mehriban Əliyevaya   təbrik məktubu

saytların hazırlanması

Evə çatdırılma

Həştərxan qubernatorundan Mehriban Əliyevaya təbrik məktubu

Siyasət

26 Avqust 2026 12:19 87


Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, İqor Babuşkin Mehriban Əliyevaya ünvanladığı təbrik məktubunda ona möhkəm cansağlığı, rifah, tükənməz enerji, xoşbəxtlik və çoxşaxəli fəaliyyətində yeni uğurlar arzulayıb.

Qubernator Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyi dəstəyə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib. pizza

İqor Babuşkin əmin olduğunu vurğulayıb ki, iki tərəf arasında qarşılıqlı fəaliyyət bundan sonra da uğurla inkişaf edəcək və yeni birgə təşəbbüs və layihələrin həyata keçirilməsinə imkan yaradacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!