“Həyatıma qəsd etmək istəmişəm” - Ayandan etiraf + Video

saytların hazırlanması

Evə çatdırılma

“Həyatıma qəsd etmək istəmişəm” - Ayandan etiraf + Video

Şou

22 İyun 2020 12:02 1699


Müğənni Ayan Babakişiyeva "ATV maqazin onlarla" proqramında "33 sual" rubrikasının qonağı olub. 

Yenisabah.az xəbər verir ki, maraqlı açıqlamaları ilə gündəmə gələn Ayan Əməkdar artist Ədalət Şükürovla aralarında soyuqluğu başqalarının yaratdığını deyib: 

“Ədalət Şükürovla aramızda soyuqluq yaradan şəxs yoxdur, iki buynuzlu şeytan var. Sözün əsl mənasında buynuzlu şeytan. Şeytan şəxs deyil, məxluqdur. Məqsəd şeytanlıq etməkdir. Şəxsiyyətinə, sənətinə, insanlığına çox böyük hörmətim var. Bu hər zaman da belə davam edəcək. Sadəcə şeytan var ki, arada ürək bulandırır”. Toyuqlu pizza

İfaçı vaxtilə həyatına qəsd etmək istədiyini də etiraf edib: 

“Özüm öz həyatıma qəsd etmək istəmişəm. Olub. Bu gün sosial şəbəkələrdə oxuduğum ən gözəl şərhlərdən bir “güclü qadınsan”dır. Amma bilirsiniz, insan güclü olmaqdan bezir və xoşbəxt olmaq istəyir. Hansısa xəyallara, nağıllara inanırsan, amma sonra o xəyalların puç olur.  Hansısa bir köşəyə sıxılırsan artıq özün öz kölgəndən qorxursan, öz varlığından qorxursan, gücün çatmır, artıq canına qəsd edə bilərsən.  Və bir səs eşidirsən, öz canından bir parça, o nəfəs alır. Və sən sadəcə nəfəs alırsan. Bu yanlış qərardır. Bizə bu canı, nəfəsi Allah verib, biz kimik ki, öz həyatımıza qıyaq? Bu doğru bir şey deyil. Sadəcə özünü cilovlamalısan, güc tapmalısan”. 

 Həmin görüntüləri təqdim edirik:

  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!