Həyatın yaşam sığortasında kəskin artım

saytların hazırlanması

Evə çatdırılma

Həyatın yaşam sığortasında kəskin artım

İqtisadiyyat

06 Oktyabr 2026 15:23 75


Azərbaycan sığorta bazarında həyatın yaşam sığortası növü üzrə həm yığımlarda, həm də ödənişlərdə artım qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarının yekunlarına əsasən, bu sığorta növü üzrə 559 milyon 512 min manat sığorta haqqı toplanıb. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 498 milyon 528 min manat təşkil etmişdi. Beləliklə, həyatın yaşam sığortası üzrə yığımlarda 60 milyon 984 min manat (və ya 12.2%) artım baş verib.

Dövr ərzində həyata keçirilən sığorta ödənişlərində də kəskin artım müşahidə olunub. 2026-cı ilin ilk 8 ayında sığortalananlara 561 milyon 647 min manat ödəniş edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə (419 milyon 914 min manat) müqayisədə 141 milyon 733 min manat (və ya 33.8%) çoxdur. pizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!