Heydər Əliyev Beynəlxalq Aeroportu 2026-cı il oktyabrın 25-dən payız-qış uçuş cədvəlinə keçir. 2027-ci il martın 27-dək davam edəcək mövsümün proqramı Avropa, Türkiyə, Yaxın Şərq, Mərkəzi, Cənubi və Şərqi Asiya, eləcə də digər istiqamətlər üzrə beynəlxalq reysləri əhatə edir.
Avropa üzrə uçuş coğrafiyasına London, Paris, Berlin, Frankfurt, Roma, Milan, Vyana, Barselona, Budapeşt, Varşava, Praqa, Belqrad və Kişineu kimi şəhərlər daxildir. Mövcud cədvələ əsasən, Bratislava istiqamətində uçuşlar oktyabrın 28-dən planlaşdırılır.
Türkiyə istiqamətində İstanbul və Sabiha Gökçən hava limanlarına, həmçinin Ankara, Antalya, İzmir və Trabzona reyslər nəzərdə tutulur. pizza sifarişi
Yaxın Şərq istiqamətləri arasında Dubay, Şarja, Əbu-Dabi, Doha, Küveyt, Ər-Riyad və Ciddə yer alır. Qış aylarında istirahət planlaşdıran sərnişinlər üçün Şarm əl-Şeyx və Male istiqamətlərinə uçuşlar da mövsümi cədvələ daxildir.
Mərkəzi Asiya üzrə Almatı, Astana, Aktau, Daşkənd, Səmərqənd, Bişkek və Düşənbə kimi şəhərlərə reyslər planlaşdırılır. Cənubi və Şərqi Asiya üzrə uçuş proqramı isə Dehli, Mumbai, İslamabad, Lahor, Pekin və Urumçi istiqamətlərini əhatə edir.
Payız-qış cədvəli üzrə reyslər “Azerbaijan Airlines”, “Air Arabia”, “Air Astana”, “China Southern Airlines”, “flydubai”, “IndiGo”, “Lufthansa”, “Pegasus Airlines”, “Qatar Airways”, “Turkish Airlines”, “Uzbekistan Airways”, “Wizz Air” və digər aviaşirkətlər tərəfindən yerinə yetiriləcək.
Uçuş günləri və tezlikləri istiqamətə və mövsümün dövrünə görə fərqlənə bilər. Sərnişinlərə səfərlərini planlaşdırarkən seçdikləri tarixlər üzrə aktual cədvəli aviaşirkətlərin rəsmi kanallarından dəqiqləşdirmək tövsiyə olunur. Reyslərin cari statusu ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun airport.az/az/flights/ saytında tanış olmaq mümkündür.
Telegram kanalımız