Heydər Əliyev Sarayının sabiq direktoru, “Şöhrət” ordenli Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib.
Yenisabah.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.
Xatırladaq ki, o, 1989-cu ildən 2020-ci ilə qədər Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb. Bu illər ərzində bir çox respublika miqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi və digər tədbirlərin, konsert proqramlarının hazırlanıb keçirilməsində yüksək peşəkarlıq nümayiş etdirib.
Fərhad Babayev Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə ölkə başçısının müvafiq sərəncamları ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb və “Şöhrət” ordeni ilə təltif edilib.
Telegram kanalımız