Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Heydər Əliyevin doğum günü Həştərxan vilayətində qeyd edildi - Fotolar
11 May 2021 10:22
552

Heydər Əliyevin doğum günü Həştərxan vilayətində qeyd edildi - Fotolar

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının  Həştərxan vilayətində qeyd edilib.

Yenisabah.az xəbər verir ki, dünən səhər saatlarında Həştərxan şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin Azərbaycan höküməti tərəfindən ucaldılmış abidəsi Həştərxan vilayətinin vitse-quberrnatoru vəzifəsinin icra edən Mixail Boqomolov, şəhər və Vilayət Dumasının deputatları, digər dövlət və ictimaiyyət nümayəndələri, şəhər rəhbərliyi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycan diasporasının təmsilçiləri, iş adamları, bu şəhərdə yaşayan həmvətənlərimiz  tərəfindən ziyarət edilib, Ümummilli Liderin əziz və parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül çələngləri və tər çiçəklər qoyulub. 

Həmin gün Rusiya Federsiyasının Azərbaycan diasporası tərəfindən Həştərxan şəhərində fəaliyyət göstərən “Yunost” valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım Mərkəzində tədbir təşkil olunub, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından burada yaşayan və tərbiyə olunan 56 uşağa sovqatlar paylanılıb. Tədbirdə çıxış edən Mərkəzin rəhbərliyi humanizmin və şəfqətin təşviq edilməsi mövqeyindən çıxış edən, habelə həyata keçirilən bir sıra humanitar və sosial yönümlü tədbir və layihələrin təşəbbüskarı, eləcə də  təşkilatçısı olan Heydər Əliyev Fondunun dəstəyi və himayəsi ilə Rusiya Federasiyasının Həştərxan vilayətində də bir sıra iri layihələrin həyata keçirildiyini vurğulayaraq, təşkil olunan tədbirə və göstərilən diqqət və qayğıya görə öz adından və Mərkəzdə tərbiyə alan uşaqlar adından Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. 

Eyni zamanda həmin gün Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından “Bakı” otelində iftar süfrəsi təşkil edilib. 

Heydər Əliyevin doğum günü Həştərxan vilayətində qeyd edildi - Fotolar
Heydər Əliyevin doğum günü Həştərxan vilayətində qeyd edildi - Fotolar
Heydər Əliyevin doğum günü Həştərxan vilayətində qeyd edildi - Fotolar
Heydər Əliyevin doğum günü Həştərxan vilayətində qeyd edildi - Fotolar
Heydər Əliyevin doğum günü Həştərxan vilayətində qeyd edildi - Fotolar
Heydər Əliyevin doğum günü Həştərxan vilayətində qeyd edildi - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər