“Həzi Aslanov” metrostansiyasında nə baş verir? -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

“Həzi Aslanov” metrostansiyasında nə baş verir? - FOTOLAR

Sosial

27 Aprel 2026 12:06 158


Sosial mediada “Həzi Aslanov” metrostansiyasının platforma interyerlərinin pis vəziyyətdə olması ilə bağlı fotolar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, görüntülərdə divarlarda suyun açıq-aşkar izləri və çoxsaylı sızma əlamətləri görünür.

Çürümüş mərmərə əsasən demək olar ki, su buraya çoxdan və sistemli şəkildə daxil olur.

İddiaya görə, metropolitendə kabellərdə baş verən qısaqapanmaların və qatarların hərəkətinin iflic olma səbəblərindən biri də məhz budur.

"Yeni Sabah" məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanlayıb.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!