HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir - VİDEO

Maraqlı

05 Avqust 2023 11:58 2128


Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir.

Yenisabah.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, hərbi pilotların ən müasir trenajorlarda uçuş vərdişləri məşq etdirildikdən, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilir.

Ssenariyə əsasən Su-25ML, Su-25 və MiQ-29 tipli təyyarələr müəyyən edilmiş marşrutlar üzrə gecə məhdud görmə şəraitində və gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra edirlər. Həmçinin təlim-məşq uçuşlarında gənc hərbi pilotlar L-39 təyyarələrində uçuş vərdişlərini təkmilləşdirirlər. Marqarita pizza

Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!