Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

Rəsmi

28 Aprel 2026 17:13 118


Aprelin 28-də müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, görüşdə ölkəmizin Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər hər iki qardaş ölkənin müvafiq qoşun növü mənsublarının peşəkarlığının, bilik və bacarıqlarının təkmilləşdirməsində birgə, həmçinin beynəlxalq təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!