Hindistan Ermənistana bu qorxunc silahı göndərir

Hindistan Ermənistana bu qorxunc silahı göndərir

Bölgə Veb saytların hazırlanması

19 Noyabr 2023 11:52 5130


Özüyeriyən MArG 155 haubitsaları Ermənistana çatdırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Hindistanın artilleriya sistemləri istehsalçısı "Bharat Forge"a istinadən Idrw portalı məlumat yayıb.

MArG sərt dağlıq ərazilərdə işləmək qabiliyyətinə malikdir. Onun qabaqcıl texniki performansı sayəsində atəş və zərbə qabiliyyəti təmin etdiyi iddia olunur. 39 kalibrli lüləsi olan 155 mm-lik dağ artilleriya silahının mənzili 24-30 kilometr arasındadır.

MArG Hindistan istehsalı olan "Ashok Leyland Mk 4" hərbi texnikası əsasında hazırlanıb və beş nəfərlik heyətə malikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!