“Hiss olunur ki, DTX prosesi tam nəzarətə götürüb” - Osman Gündüz

saytların hazırlanması

Evə çatdırılma

“Hiss olunur ki, DTX prosesi tam nəzarətə götürüb” - Osman Gündüz

Sosial

25 Sentyabr 2022 10:27 2205


"MİDA-nın onlayn satış prosesinə ictimai nəzarəti gerçəkləşdirən  müşahidəçi olaraq qeyd edə bilərəm ki,  baş tutan satış tam fərqliydi".

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dünən keçirilən MİDA-nın təxirə salınmış mənzil seçimi ilə bağlı prosesə münasibət bildirərkən qeyd edib.

“Müşahidələrimiz onu göstərdi ki, müsbət istiqamətdə bir xeyli irəliləyişlər olub. MİDA tarixində  ilk dəfə olaraq ilk mənzil seçimi 31-ci saniyədə baş tutub. Əvvəlki texnologiyalarla bu rəqəm adətən 6-7 saniyə olurdu. Bu dəfə botlar və robotlar işləməyib. Çünki DEMO ilə real versiya kəskin fərqliydi. MİDA öncədən DEMO-dan kəskin fərqli məqamların ola biləcəyini açıqlasaydı daha doğru olardı. Biz yenə o fikirdəyik ki, bu seçim metodunun özündə bir ədalətsizlik var. pizza

Yeri gəlmişkən, bu dəfə təhlükəsizlik daha üst səviyyədə təmin edilmişdi. DTX, XRİTDX, ASAN, eGov Mərkəzi, RİNN , “AzİnTelecom”, magistral provayderlər və mobil operatorların nümayəndələri əvvəlkindən fərqli olaraq  ayrıca otaqda real vaxt rejimində prosesləri izləyirdilər. Hiss olunur ki, DTX bu prosesi tam nəzarətə götürüb. Müşahidəmə əsasən qeyd edə bilərəm ki, DTX əməkdaşların sayı az qala MİDA-dan çox görsənirdi. Beləliklə, ilkin olaraq bu onlayn satışın müsbət istiqamətdə əvvəlkilərdən fərqli olduğunu qeyd etmək istərdim", - deyə O.Gündüz əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!