İsrail Müdafiə Ordusu (SAXAL) ötən gün Livanın cənubunda İsrail əsgərlərinə edilən hücuma cavab olaraq "Hizbullah" hərəkatının "Bədr" bölməsinin yüksəkrütbəli komandiri Əbu Həsən Alaaninin öldürüldüyünü bəyan edib.
“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun bəyanatında bildirilir.
Hərbçilərin məlumatına görə, zərərsizləşdirilən şəxs öz fəaliyyəti çərçivəsində təhlükəsizlik zonasında fəaliyyət göstərən SAXAL əsgərlərinə qarşı çoxsaylı hücumların, o cümlədən Livanın cənubundakı əsgərlər istiqamətinə partlayıcı maddə ilə yüklənmiş dronların buraxılmasının təşkilində iştirak edib. Sezar pizza
Telegram kanalımız