Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı (DÖT) çərçivəsində reallaşdırılacaq strateji layihələrin siyahısı bəlli olub.
“Yeni Sabah” xəbər verir ki, sənədə əsasən, gələn il ekoloji mühitin qorunması, aqrar sektorun inkişafı və sosial müdafiə istiqamətində özəl sektorla birgə mühüm addımların atılması nəzərdə tutulur.
Təsdiqlənmiş sənədə Quba-Xaçmaz bölgəsində bərk məişət tullantılarının idarə olunması, kənd təsərrüfatı məhsulları üçün müasir soyuducu anbar komplekslərinin qurulması, eləcə də müharibə əlilləri və şəhid ailələrinin mənzil təminatı kimi mühüm proqramlar daxil edilib. Dominos pizza
Ölkənin dayanıqlı inkişaf strategiyasına uyğun hazırlanan bu layihələr regionlarda infrastrukturun yenilənməsinə, investisiya axınının stimullaşdırılmasına və innovativ həllərin tətbiqinə təkan verəcək. Hökumətin özəl sektorla əməkdaşlığı genişləndirməkdə əsas məqsədi sosial-iqtisadi inkişafı sürətləndirməkdir.
Telegram kanalımız