Nyu Meksiko ştatının böyük münsiflər heyəti kinooperator Qalina Hatçinsin çəkiliş zamanı qeyri-ixtiyari qətlə yetirilməsi ilə bağlı aktyor Alek Bolduini yenidən ittiham edib.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, ittihamlar əvvəllər 2023-cü ilin aprelində ləğv edilmişdi.
Təhqiqata yaxın mənbə bildirib ki, çəkilişdə istifadə edilən silah dəyişdirilib və bu aydınlaşdıqdan sonra ekspertizaya ehtiyac var. Sezar pizza
Aktyorun özü tətiyi çəkmədiyini bildirib. Ekspertlər silahı yoxladıqdan sonra bu qənaətə gəliblər ki, tətiyi çəkilmədən atəş açıla bilməzdi.
Telegram kanalımız