Hörmüz boğazında neft tankeri hücuma məruz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Hörmüz boğazında neft tankeri hücuma məruz qaldı

Dünya

30 Avqust 2026 21:16 81


Hörmüz boğazında neft tankeri hücuma məruz qalıb

"Yeni Sabah" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Qeyd olunub ki, bir neft tankeri Hörmüz boğazı vasitəsilə Fars körfəzinə doğru hərəkət edərkən hava hücumuna məruz qalıb. Sezar pizza

Hücumun kim tərəfindən həyata keçirildiyi açıqlanmır.

Daha əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib ki, su yolunun açıq olduğu barədə ABŞ rəsmilərinin bəyanatları həqiqəti əks etdirmir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!