“Hoteldən çıxan hicablı qadın, bığlı kişilərin masaj təklifi...” – Sürücülərin başına gələn hadisələr    + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Hoteldən çıxan hicablı qadın, bığlı kişilərin masaj təklifi...” – Sürücülərin başına gələn hadisələr  + VİDEO

Sosial

03 Yanvar 2024 16:00 3918


Nail Kəmərlinin taksi sürücüləri ilə bağlı hazırladığı verilişdə verilən açıqlamalar səs-küyə səbəb olub.

Yenisabah.az xəbər verir ki, kamera qarşısına keçən taksi sürücüləri tükürpərdici açıqlamalar veriblər. Onlar yolda olarkən başlarına gələn ən qəribə hadisələri nəql ediblər.

Sürücülərdən biri söhbət əsnasında kişi müştərisinin ona masaj təklif etdiyini bildirib: pizza sifarişi

“Ramanaya adam aparırdım. Bığıburma bir kişi idi, qayıdıb dedi ki, masaj istəyirsən? Dedim, yox, həm də yarı yolda maşından düşürmək istəmədim. O, bu sözü eşidən kimi söylədi ki, dükanın qabağında saxla, düşürəm. Özü düşüb getdi”.

Digər sürücü isə həyat yoldaşına xəyanət edən xanım müştərisi barədə açıqlama verib:

“Bir xanım müştəri maşınıma oturdu. Oturandan sonra dedi ki, gedəcəyimiz ünvanı dəyişə bilərikmi? Amma bundan həyat yoldaşımın xəbəri olmasın. Xanım söylədi ki, əri taksini Hövsana sifariş edib, lakin o, Novxanıya getməlidir: “Sən məni Hövsana yox,  Novxanıya apar, pulu nədirsə, artıqlaması ilə verəcəyəm”. Onunla razılaşıb yola düşdüm.

Sürücünün sözlərinə görə, müştəri qadın bildirib ki, həyat yoldaşı çox imkanlı bir şəxsdir:

“Xanım deyirdi ki, pulumuz, 2 evimiz, bir sözlə, hər şeyimiz var, ərim özü üçün istədiyi adamla gəzir, məni isə təmin edə bilmir, o, məni ailə kimi saymır, gündə onun-bunun yanındadır. Mən də özümə bir adam tapmışam. İndi onun yanına – Novxanıya gedirəm”.

Sən demə, bu cavan gəlin 2 ildir ki, həmin oğlanla münasibətdə imiş. Novxanıda restoranın qarşısında bir oğlan onu qarşıladı. Taksi qiyməti 18 manat yazsa da, çıxarıb 30 manatı mənə uzatdı. Mən isə “Allah köməyin olsun” deyib yoluma davam etdim”.

Digər sürücü isə gecə saatlarında hoteldən çıxan hicablı bir qadını götürdüyünü açıqlayıb:

“Bir dəfə gecə hoteldən sifariş gəldi. Mesaj gəldi ki, zəhmət olmasa, hotelin qarajına düşün. Müştərini götürüb qalxdım, Ziya Bünyadov prospektinə, işıqlı yola çıxdım. Arxaya baxanda gördüm ki, hicablı bir xanım. Özüm özümə şapalaq vurdum ki, bəlkə yuxu görürəm, sonra gördüm ki, yox, həqiqətdir.

Elə müştəri də olur ki, gecə sifariş verir, maşında arxaya oturur. Məhəlləni çıxanda başlayır əynini soyunmağa, maşını saxladır, qabağa keçir, siqaret çəkir, deyir ki, kluba gedirəm. Əyninə baxsan, deyərsən ki, bu, necə mədəni insandır, amma görürsən ki, görünüş, yaşayış o deyil”.

Rafi MÜSLÜMOVenlightened

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!