Hüquq müdafiəçiləri Prezident və Birinci vitse-prezidentə təşəkkür etdilər

saytların hazırlanması

Evə çatdırılma

Hüquq müdafiəçiləri Prezident və Birinci vitse-prezidentə təşəkkür etdilər

Sosial

26 Fevral 2025 17:56 264


Hüquq müdafiəçiləri jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması ilə bağlı Prezident və Birinci vitse-prezidentə təşəkkür ediblər.

Yenisabah.az xəbər verir ki, qrupun məlumatında deyilir:

“Hüquq müdafiə Təşkilatları Monitorinq Qrupunun jurnalist Şahnaz Bəylərqızının sağlamlığı nəzərə alınaraq ev dustaqlığına buraxılması xahişini diqqətdə saxlayıb bu gün onu ailəsinə qovuşdurduğuna görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk. Biz öz fəaliyyətimizdə daima konstruktiv dialoqun tərəfdarı olmuşuq və bundan sonra da fəaliyyətimizdə əlimizdən gələni edəcəyik”. Sezar pizza

Xatırladaq ki, fevralın 26-da Xətai Rayon Məhkəməsi Ş.Bəylərqızı barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!